Çindən kənarda koronavirusa yoluxanların yeni sayı açıqlandı

  • By admin
  • 20 Fevral 2020 21:29

Çindən kənarda koronavirusa yoluxanların sayı artaraq 1076 nəfərə çatıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib:

“26 ölkədə Covid-19-a yoluxanların sayı 1076 nəfərə çatıb. Onlardan 7-də xəstəlik ölümcül həddədir”.

Qeyd edək ki, Çinin özündə koronavirusa yoluxanların sayı 74 min 500 nəfərdir. 2029 nəfər isə dnüyasını dəyişib.

 

Gununsesi.org