Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

  • By admin
  • 17 Fevral 2020 22:23

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 694 nəfərə çatıb, onlardan 3-ü dünyasını dəyişib.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

“Çin hökuməti koronavirusa 70 635 yoluxma halı, o cümlədən 772 ölüm halı haqqında məlumat verib. Son 24 saat ərzində Çin hökuməti klinik və laboratoriya üsulu ilə təsdiqlənmiş 051 yeni yoluxma halı barədə bildirib. Çin hüdudlarından kənarda ÜST 25 ölkədə 694 yoluxma halı və üç ölən haqqında məlumat alıb”, – baş direktor deyib.

 

 

Gununsesi.org