Çində koronavirusdan ilk dəfə əcnəbi vətəndaşlar öldü

  • By admin
  • 08 Fevral 2020 11:53

Çinin Uhan şəhərində koronavirusa yoluxmuş ABŞ vətəndaşı ölüb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə “The New York Times” qəzeti ABŞ-ın Pekindəki səfirliyinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, amerikalı koronavirus epidemiyasından ölən ilk əcnəbidir.

Diplomatik xidmətin məlumatına görə, ötən gün dünyasını dəyişən şəxs təxminən 60 yaşında olub.

Bundan başqa, Uhanda ilk dəfə Yaponiya vətəndaşı da koronavirusdan ölüb. Yaponiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

Gununsesi.org