Çində koronavirusa yoluxma halı yenidən artdı

  • By admin
  • 01 Aprel 2020 15:45

Çində son sutka ərzində koronavirusa yoluxanların sayında artım müşahidə olunub.

Gununsesi.org bildirir ki, TASS agentliyi xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.

Komitədən bildirilib ki, ötən gün 36 şəxsdə koronavirus aşkarlanıb.

Rəsmilər pandemiyaya yoluxan 35 nəfərin Çin ərazisinə ölkə xaricindən daxil olduğunu qeyd edib.

Ötən gün Çində yeddi nəfər COVID-19 virusunun qurbanı olub, 186 nəfər sağalıb.

Gununsesi.org