Çin koronavirus səbəbi ilə həlak olanların yeni sayını açıqladı

  • By admin
  • 24 Fevral 2020 10:28

Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artıb.

Gununsesiaz. info bildirir ki, “Ria Novosti” nin məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat açıqlayıb.

Bildirilir ki, Çində virusa tutulanların sayı 77 150 nəfərdir, ölənlərin sayı isə 2 592 nəfərə çatıb. 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata əsasən, hazırda xəstəxanalarda 9 915 nəfər ağır vəziyyətdədir, 77 150 nəfər isə virus daşıyıcısıdır.

Gununsesiaz. info