Çin “Honkonq xalqı”nın Nobel sülh mükafatına namizədliyini irəli sürülməsinə qəzəblənib

  • By admin
  • 17 Oktyabr 2019 22:16

Rəsmi Pekin Honkonq etirazlarına dəstəyini ifadə edən şəxsləri üstüörtülü hədələyib

Çin bu günlərdə bir daha xarici ölkələri ölkədaxili situasiyaya qarışmamağa çağırıb.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, rəsmi Pekini bu addımı atmağa sövq edən səbəb norveçli bir siyasətçinin “Honkonq xalqı”nın 2020-ci ildəki Nobel sülh mükafatına namizədliyini irəli sürməsi olub.

“Honkonq işi” Çinin daxili məsələsidir və heç bir əcnəbi hökumətin və ya şəxsin buna qarışmağa haqqı yoxdur”,-deyə Çin Xarici işlər nazirliyinin mətbuat katibi Cen Şuan bəyan edib.

Bundan başqa, rəsmi Pekinin nümayəndəsi “müvafiq şəxsləri obyektiv”, bəzi hallarda isə “ehtiyatlı” olmağa çağırıb.

Qeyd olunur ki, Honkonq əhalisini dünyanın ən ali mükafatlarından birinə təqdim edən Norveç parlamentinin üzvü Quri Melbi adlı siyasətçidir. Onun sözlərinə görə, honkonqlular hər gün söz azadlığı və demokratiyanın əsasları uğrunda həyatlarını təhlükə altına qoyurlar. Buna görə sülh mükafatına ən çox onlar layiqdirlər.

hong kong miting ile ilgili görsel sonucu

Xatırladaq ki, Çinin muxtar bölgəsi sayılan Honkonqda mərkəzi hakimiyyətə qarşı martın 31-də başlayan etiraz aksiyaları hələ də səngimək bilmir.

Siyasi müşahidəçilər prosesin ÇXR-in kommunist rejiminin qanlı müdaxiləsi ilə bitəcəyi ehtimalını tez-tez dilə gətirirlər.

 

Gununsesi.org