Çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət etdi - FHN

  • By admin
  • 03 Avqust 2016 12:31

fhn

 

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

“Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! Qızmar günəş altında fasiləsiz dayanmaq,  hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir! Çimərliklərdə istirahət saat 09.00-dan 20.00-dək daha təhlükəsizdir! Təhlükə zamanı 112-yə zəng edin!”- deyə, müraciətdə qeyd olunub.

Gununsesi.info