Ceyhun Osmanlının anası sinif otaqlarını icarəyə veririmiş - DİREKTORUN İŞDƏN ÇIXARILMA SƏBƏBİ

  • By admin
  • 25 Aprel 2019 22:09

Məlum olduğu kimi Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, işdən azad edilən direktor  sabiq deputat Ceyhun Osmanlının anasıdır.

Gununsesi.org Xuraman Osmanovanın işdən azad olunmasının səbəblərini öyrənib.

Belə ki, adıçəkilən direktor kollektivi və valideynləri ciddi şəkildə özündən narazı saldığı üzə çıxıb.

Yalnız ətrafında olan bir neçə nəfərə etimad göstərən Xuraman Osmanova məktəbin sinif otaqlarını icarəyə belə veririmiş. Bildirilir ki, onun rüşvət və digər qanunsuz əməlləri ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı şikayətlər olub.

Məhz bu şikayətlərdən sonra onun haqqında belə bir qərar verilib.

Məlumatda qeyd olunur ki, xanım direktor təlim-tərbiyə işlərinin təşkili ilə məşğul olmaq əvəzinə məktəbə gəlir mənbyi kimi baxıb, pedaqoji rəhbərə yaraşmayan işlərə daha çox üstünlük verirmiş.

Kollektivdə hörmətini itirmiş bu xanım müəllimlər arasında konfilikt yartmaqla məşğul olub.

Onun hərəkətləri ilə razı olmayanları isə məktəbdə yaratdığı qrup vasitəsilə təhqir etdirir, nümunəvi müəllimləri sıxışdırıb.

Xatırladaq ki, aprelin əvvəlində 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intihar hadisəsi orta məktəblərdə direktor-şagird münasibətlərini gündəmə gətirmişdi. Bundan sonra Təhsil naziri Ceyhun Bayramov məktəb direktorları ilə görüşərək onlara “Hər bir şagirdinizi tanıyın” deyə tapşırıq vermişdi. Daha sonra əlavə olunmuşdu ki, şikayət daxil olan direktorlarla bağlı yaxın vaxtlarda ciddi ölçülərin götürülməsinə başlanılacaq.

 

Elmar

Gununsesi.org