Çexiyada 12 nəfər qripdən öldü

  • By admin
  • 31 Yanvar 2020 20:21

Çexiyada 12 nəfər qripdən dünyasını dəyişib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, respublikanın Gigiyena Xidmətinin rəhbəri Eva Qottvaldova jurnalistlərə açıqlamasında ölkədə hər 100 min nəfərdən 1865-də xəstəlik aşkarlandığını bildirib:

“Dövlət Səhiyyə İnstitutunun məlumatlarına görə, qrip epidemiyası respublikanın bütün ərazisinə yayılıb. Əsasən A tipli qrip virusuna rast gəlinir. Xəstələnənlər arasında yaşlılar və uşaqlar da var. Qrip səbəbindən artıq 12 nəfər dünyasını dəyişib. Ötən həftə ilə müqayisədə virusa yoluxanların sayı birə-üç artıb”

Qottvaldova qrip olan vətəndaşlardan evdən çölə çıxmamağı və digər insanlara da yoluxdurmamağı xahiş edib.

Epidemiya səbəbindən ölkədə bir çox xəstəxanalarda xəstə ziyarətləri qadağan olunub.

 

Gununsesi.org