“Çernobıl”da yarıçılpaq poza verdi - Fotolar

  • By admin
  • 12 İyun 2019 21:09

“Çernobıl” faciəsinə həsr olunmuş eyniadlı serialdan sonra hadisənin baş verdiyi əraziyə maraq artıb.

Gununsesi.org xəbərinə görə, faciənin baş verdiyi Pripyat şəhərinə gedənlərin əksəriyyətinin məqsədi isə daha çox diqqət cəlb etmək, bu fonda məşhurlaşmaqdır. Belə ki, bu üsula əl atanlar əsasən, instaqramda bloqqerlik fəaliyyəti ilə məşğul olan gənc qızlardır. Bunlardan biri “nz.nik” adlı instaqram istifadəçisi olub. O, Pripyatda yarıçılpaq halda çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşıb. Lakin onun bu addımı istifadəçilərdə qıcıq yaradıb.

1800-ə yaxın “like” toplayan iki fotoya iki mindən çox şərh gəlib ki, bunların da əksəriyyəti tənqiddolu rəylər olub: “Bu, faciənin qurbanlarına qarşı iyrənclik və hörmətsizlikdir. Ümid edirəm ki, bədəninizi “like” toplamaq üçün satmaqdan qürur duyursunuz”, “Çox hörmətsizsiniz. Tebrik edirik, indi eqonuz, cahilliyiniz və hörmətsizliyiniz sayəsində məşhurlaşdınız”.