Çempionlar Liqası: 1/4 finalın püşkatma vaxtı bilindi

  • By admin
  • 17 İyun 2020 16:16

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin püşkatma vaxtı bəlli olub.

Gununsesi.org-un “Report”-a istinadən məlumatına görə, mərasim iyulun 10-da gerçəkləşəcək.

Daha əvvəl qitə futbol qurumunun koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış ÇL oyunlarını 1/4 finaldan “8-lər finalı” formatında təşkil etmək istədiyi bildirilib. Matçların 12 – 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda oynanılması gündəmdədir. Bununla bağlı qərarın İcraiyyə Komitəsinin bugünki iclasında rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Çempionlar Liqasında PSJ (Fransa), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya) və “Leyptsiq” (Almaniya) klubları 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Növbəti 4 komandanın adına isə “Yuventus” (İtaliya) – “Lion” (Fransa) (ilk oyun – 0:1), “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) (ilk oyun – 1:1), “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) (ilk oyun – 3:0), “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) (ilk oyun – 2:1) matçlarından sonra aydınlıq gələcək.

Gununsesi.org