“Çelsi” yeni mövsümün formasını tanıtdı - FOTOLAR

  • By admin
  • 01 İyul 2020 14:30

İngiltərənin “Çelsi” futbol klubu 2020/2021-ci illər mövsümü üçün yeni formasını təqdim edib.

Gununsesi.org xəbər verir ki, bu barədə klubun “Instagram” səhifəsində məlumat verilib.

Yeni forma ənənəvi mavi rəngdədir, lakin üzərinə kiçik qara naxışlı zolaqlar əlavə edilib.

Formanın mərkəzində klubun yeni sponsoru olan mobil operator “Three”nin loqosu yerləşdirilib.

Geyim “Nike” şirkəti tərəfindən istehsal edilib.

Gununsesi.org