Cazibədar model uşağının atasının kim olduğunu açıqladı - FOTOLAR

  • By admin
  • 13 Fevral 2020 16:54

Hamilə olan məşhur model Laurin Qudman uşağının atasının kim olduğunu açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Model uşağının atasının ingilis futbolçu Kayl Uolker olduğunu bildirib.

Uşağın aprel ayında dünyaya gələcəyini söyləyən Qudman hamilə olduqdan sonra övladının atasının kim olması barədə ona minlərlə mesaj göndərildiyini vurğulayıb.

Uşağın atasının kim olması ilə bağlı əsassız şayiələr ortaya çıxdıqdan sonra insanların onu təhqir etdiyini bildirən cazibədar model, məhz buna görə də atanın kim olduğunu açıqlamağa məcbur olduğunu bildirib.

Qudman ötən yay Uolkerlə qısamüddətli bir münasibət yaşadıqlarını və bunun nəticəsində hamilə olduğunu söyləyib.

Qeyd edək ki, Kayl Uolkerin buna qədər üç övladı olub. 29 yaşlı futbolçu üç mövsümdür “Mançester Siti” forması geyinir.