Çayxanada qumarxana aşkarlandı

  • By admin
  • 25 Noyabr 2016 21:10

man-gambling-at-poker-table

 

Şirvan şəhərində qumarxana aşkar olunub.

Gununsesi.info xəbər verir ki, Şirvan şəhər polis şöbəsi əməkdaşları şəhərin S.Vurğun küçəsində yerləşən çayxanada qumarxana aşkar ediblər.

Orada şəhər sakinləri Səbuhi İdriszadə, Raqif Qasımov və Əzizağa Əzizzadə qumar oynadıqları üçün saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info