Cavid Qurbanov sifariş verilən qatarlara baxdı - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2019 19:06

“Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin “Stadler Rail Group” Şirkətinin  “Stadler Minsk“ zavodunda olub. 

Gununsesi.org xəbər verir ki, cəmiyyətin sədri Cavid Qurbanov şirkətin rəsmi nümayəndəsi Sergey Karpoviçlə görüşüb. Sonra müəssisədə “Azərbaycan Dəmir yolları” QSC-nin sifarişi ilə yığılan iki mərtəbəli elektrik qatarları və  yataq tipli vaqonlara baxış olub.

Layihə rəhbəri  Martin Halmo  qatarların texniki göstəriciləri və üstünlükləri  barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək, asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib. Bütün sərnişin salonlarında Wi fi şəbəkəsinə giriş təmin olunub.


 

Gununsesi.org