Cavid Qurbanov: “Bütün mallara ƏDV-nin şamil edilməsi düzgün deyil”

  • By admin
  • 24 İyun 2016 13:22

cavid

 

“Millət vəkili ölkəyə gətirilən bütün mallara ƏDV-nin şamil edilməsini düzgün hesab etmir. Ona görə də ölkəyə gətirilən mallara ƏDV tətbiq edilməsi ilə bağlı məsələyə yenidən baxılmasını təklif edirəm”. Gününsesi.info xəbər verir ki, bu fikri millət vəkili Cavid Qurbanov Vergilər Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunan zaman səsləndirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı bir müddət öncə mövqeyini bildirib: “Əgər mümkünsə, Vergilər Nazirliyi məsələyə baxıb dəyişiklik edərsə, yaxşı olar. Çünki elə mallar var ki, onlar zərurudir, ancaq ƏDV-nin əlavə edilməsi bir sıra problemlər yaradır”-, deyə millət vəkili vurğulayıb. Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq. Məcəllənin 165.1.3-cü maddəsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq. Məcəlləyə əlavə edilən 165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Mürtəza Bunyadlı