Cahangir Hacıyevin daha iki adamı azadlıqda

  • By admin
  • 01 İyun 2016 13:39

cahangir haciyev

Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş daha iki iş adamı bu gün azadlığa buraxılıb. Gununsesi.info-nun məlumatına görə, Beynəlxaql Bank işinə görə, həbs edilən Elxan Cavad və Cavid Murtuzov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bu gün həbsdən azadlığa buraxılıblar.

 

Qeyd edək ki, ötən gün “Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.