Çadda terror aktı nəticəsində 9 nəfər həlak olub

  • By admin
  • 20 Yanvar 2020 20:05

Çadda terror aktı nəticəsində doqquz nəfər dinc sakin həlak olub. 

Gununsesi.org-un TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bazar günü axşam Lak regionundakı yaşayış məntəqəsində baş verib.

“Boko haram” qrupları həmin əraziyə tez-tez hücumlar təşkil etsə də təşkilatın terror aktını təşkil edib-etməməsi dəqiqləşməyib.

 

Gununsesi.org