Cənubi Koreyada koronavirusun ikinci dalğası elan edildi

  • By admin
  • 22 İyun 2020 16:31

Cənubi Koreyanın paytaxtı və ətraf ərazilərində koronavirusun ikinci dalğası elan edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəhbəri Çon Yen Kyon açıqlama verib:

“Əvvəlcə ikinci dalğanın payızda və ya qışda başlayacağına inanırdıq. Ancaq proqnozlarımız səhv çıxdı. Çox güman ki, insanlar bir-birləri ilə sıx təmasda olmağa davam etdikcə, infeksiyanın yayılması da davam edəcək”.

O bildirib ki, ölkədə epidemiyanın payız aylarına qədər davam edəcəyi gözlənilir.

Bununla yanaşı Seul rəhbərliyi, yaxın üç gündə gündəlik yoluxma sayının 30 nəfərdən çox olacağı və ya xəstəxanaların 70% -dən çox dolacağı təqdirdə, şəhərdə ciddi bir sosial məsafə rejiminin tətbiq oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

 

Gununsesi.org