Cəmil Həsənlidən İlqar Məmmədova və REAL-a ittiham - ONLARIN BRÜSSELƏ SƏFƏRİNİ HAKİMİYYƏT TƏŞKİL EDİB

  • By admin
  • 15 Aprel 2019 19:57

REAL-ın bir qrup funksionerinin Brüselə səfəri ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə fikirlərini açıqlayıb.

Gununsesi.org bildirir ki, Milli Şura sədri İlqar Məmmədovu hakimiyyətə işləməkdəittiham edib.

Həmin qeydləri təqdim edirik:

Avropa İttifaqının mətbuat katibi Adam Kaznovski Aİ ilə Azərbaycan arasında müzakirə olunan saziş barədə Amerikanın Səsinin suallarını cavablandırıb.
Biz Brüssel macaraları haqqında çox hörmətli REAL rəhbərliyinin açıqlamalarından sonra Aİ-nın mətbuat katibi Adam Kaznovskinin Amerikanın Səsinə müsahibəsində yeni bir situasiyanın şahidi olduq. Hər üç cavaba diqqət edin:
Adam Kaznovski: Aİ yeni razılıq üzərində Azərbaycan rəhbərliyi ilə danışıqlar aparır. Aİ REAL nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib.
Ilqar Məmmədov: REAL üzvləri tamamilə başqa səbəblərdən Brüsselə gediblər. Sırf təsadüfən Avropa Birliyi onların orada olduğunu bilib və görüşlərə dəvət edib. Bu, tamamilə təsadüfən belə alınıb.
Natiq Cəfərli: Bizim görüşlərımızın tam texniki dəstəyini Avropa Birliyinin Bakı ofisi həyata keçirib. Maliyyə dəstəyini European Endowment for Democracy verib.
Erkin Qədirli: Brüssel’ə səfərimiz başa çatdı. Sabah ölkəmizə dönürük. Burada Avropa Komissiyasının xarici işlər, qonşuluq və genişlənmə məmurlarıyla…görüşdük… Yaxşı görüşlər oldu, maraqlı söhbətlər etdik, faydalı əlaqələr qurduq. Əsas mövzular: 1) Avropa Birliyinin Azərbaycan’la anlaşması; 2) Azərbaycan’dakı gedişat; 3) ReAl’ın planları.
P.S. Sabah da ölkəmizin Xarici İşlər Naziri Brüssel’ə gələcək.

Bir halda Aİ REAL nümayəndələrini Brüsselə dəvət etməyibsə REAL-çıların bu “ultravətənpərvərliyinin” arxasında nə dayanır? Mən əvvəl demişəm, bir daha təkrar edirəm: REAL partiyasının rəhbərliyinə daxil olan şəxslərin Brüssel səfərini hökumət təşkil edib və təəssüf ki, 6 il İlham Əliyev rejiminin zindan həyatını yaşamış İlqar Məmmədov da bu işin içində olub. Kim bunun əksini sübut etmək istəyirsə buyurub dəlillərini qoysun ortaya. Yeri gəlmişkən yaxın gələcəkdə bu istiqamətdə məsələnin yeni təfərrüatlarının üzə çıxması istisna edilmir.
Aİ mətbuat katibinin açıqlamasından o da aydın olur ki, Azərbaycanla Aİ arasında may ayında imzalanacaq sazişdə “azad ticarət komponenti yoxdur”. Yəni Azərbaycanın korrupsioner və monopolist hakimiyyəti Ümumdünya Ticarət Təşkilatına və Gömrük İttifaqına üzvlükdən yayına bilib. Deməli, yenə korrupsiya qalacaq, yenə monopoliya qalacaq, yenə azad bazar olmayacaq, yenə xarici banklar Azərbaycana buraxılmayacaq və ölkə əhalisi Əliyev ailəsinin bank şəbəkəsinin əsarətində qalacaq.
Aİ mətbuat katibinin açıqlamasından həm də aydın olur ki, siyasi məhbusların azad edilməsi məsələsi buraxılır Azərbaycanın totalitar hakimiyyətinin insafına. Son əfv fərmanı ilə bağlı Adam Kaznovski bildirir ki, biz Azərbaycan hökuməti tərəfindən “gələcəkdə beynəlxalq öhdəliklərə uyğun olaraq belə oxşar addımların atılmasını, o cümlədən öz fundamental hüquqlarını icra etmək nəticəsində həbs olunan digər şəxslərin məsələsinin nəzərdən keçirilməsini gözləyirik.”

Gununsesi.org