Cəlilabadda avtomobil ağaca çırpıldı: Sürücü öldü

  • By admin
  • 08 Aprel 2020 13:32

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.org bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 8-də, saat 2 radələrində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org