“Bütün dünya bir evdə” – Məşhurlar onlayn konsert verəcək

  • By admin
  • 07 Aprel 2020 15:39

Aprelin 18-19-da məşhur müğənnilərin “Bütün dünya bir evdə” adlı onlayn konserti olacaq.

Gununsesi.org bildirir ki, RT-nin məlumatına görə, bu barədə Ledi Qaqa ÜST-lə birlikdə təşkil olunan videokonfrans zamanı bəyan edib.

Onun sözlərinə görə, tədbir bütün dünyada koronavirusla mübarizə aparan insanların dəstəklənməsi üçün təşkil edilib.

Qeyd edək ki, onlayn konsertə globalcitizen.org saytından baxmaq mümkün olacaq.

Konsertdə Pol Makkartni, Ledi Qaqa, Billi Ayliş, Elton Con, Devid Bekhem və digər məşhurlar iştirak edəcək.

Gununsesi.org