Burun əməliyyatı zamanı ölən qızla bağlı – AÇIQLAMA

  • By admin
  • 13 Mart 2020 11:52

Qax Mərkəzi Rayon Xəstəxanasında burun əməliyyatında ölən qız şoka düşüb.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a Qax Mərkəzi Rayon Xəstəxanasının direktoru Tərlan Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, pasiyent əməliyyata hazırlıq zamanı şoka düşüb:

“Əməliyyatdan öncə xəstəyə 0,5%-li lidokain inyeksiya edilib”.

Həkimin sözlərinə görə, xəstə bir anda anafilaktik şoka düşüb:

“Xəstəni şok vəziyyətdən çıxarmaq üçün həkimlər tərəfindən zəruri tədbirlər görülüb. Bir neçə saat süni tənəffüs aparatına qoşulub. Lakin təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

Gununsesi.org