Buraya ancaq varlılar gələ bilər: Dağların arasındakı sirli ölkə – Yer üzünün gizli cənnəti (FOTOLAR)

  • By admin
  • 14 Mart 2020 16:49

Burada gəzmək üçün gündəlik cibinizdə 250 dollar olmalıdır

Buranı yer üzünün gizli cənnəti də adlandırırlar. 

Butan dünyanın ən dağlıq coğrafiyasında, Çin və Hindistan arasında çox az bilinən bir səltənətdir. Təbiəti və məbədləri ilə diqqəti cəlb edən Butan turistlər üçün o qədər də əlçatan deyil. Butan mümkün qədər az və zəngin turist qəbul etməyə üstünlük verir.

Butan krallıq tərəfindən idarə olunan dağlıq bir ölkədir.

Dünyanın dam örtüyü adlandırılan bu ölkə, Himalayın hamısını əhatə edir, buna görə çox dərə-təpəli bir əraziyə malikdir.

Butan 700 min insanın yaşadığı bir ölkədir. Butanın paytaxtı Thimphudur. Burada əhalinin 54% -i gənclərdən ibarətdir. Butanın ərazisi isə 38 394 kvadrat kilometrdir.

 

Butan eyni zamanda dünyanın ən çox əhalisi olan iki ölkənin – Hindistan və Çin arasındadır.

Ölkəyə səfər etmək istəyənlərə yalnız qrup şəklində daxil ola bilər. Buranı heç kim təkbaşına ziyarət edə bilməz.

Üstəlik, bu ölkəyə daxil olan hər bir turistin gündə minimum 250 dollarlıq büdcəyə sahib olması tələbi var.

Butana səfər etmək nəqliyyat yolu ilə təmin olunur.

Ölkədə dəmiryol xətti yoxdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org