Bundesliqa klubu yeni qapıçı aldı

  • By admin
  • 08 Aprel 2020 21:18

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.org Leverkuzen komandasının rəsmi saytına istinadən xəbər verir ki, III Bundesliqa təmsilçisi “Kayzerslautern”in qapıçısı Lennart Qrillə 4 illik müqavilə imzalanıb.

21 yaşlı qolkiperin yeni mövsümdən “Bayer”ə qoşulacağı bildirilib.

Qeyd edək ki, L.Qrill Almaniyanın U-21 yığmasının da formasını geyinir.

 

 

Gununsesi.org