Bugünkü valyuta hərracında banklar 55 mln. dollar cəlb edib

  • By admin
  • 14 May 2020 13:14

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Gununsesi.org-un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 54,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (12 may 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 14,2% və ya 6,8 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

 

Gununsesi.org