Bu yeni test iki dəqiqəyə koronavirus olub-olmadığınızı bəlli edir – Dünyaya sevindirici xəbər...

  • By admin
  • 01 Aprel 2020 12:07

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki dəqiqədə nəticə verən koronavirus testinin istifadəsinə razılıq verib.

Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

 Bildirilir ki, test Los-Anceles şəhərində yerləşən “Bodysphere” şirkəti tərəfindən hazırlanıb. O da vurğulanıb ki, yoxlamalar ancaq tibb işçiləri tərəfindən həyata keçirilə bilər.

Şirkətdən bildirilib ki, testin epidemiyanın daha çox yayıldığı bölgələrə göndərilməsi üçün federal və yerli nümayəndələrlə əməkdaşlıq edilir.

Gununsesi.org