Bu vətəndaşların şəxsi avtomobildən istifadəsinə icazə verilir

  • By admin
  • 20 İyun 2020 12:17

“Nazirlər Kabinetinin qərarı ilə karantin dövründə fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobilindən istifadəsinə icazə veriləcək”.

Gununsesi.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin xüsusi avtomobillərlə yalnız işə gedib-gəlməsinə şərait yaradılacaq: “Avtomobili idarə edən şəxsin fəaliyyətinə icazə verilərsə, həmin avtomobilin hərəkətinə qadağa yoxdur”.

Gununsesi.org