Bu tarixlərdə qatarlar bir istiqamət üzrə fəaliyyət göstərəcək

  • By admin
  • 19 Mart 2020 18:23

Mart ayının 19 və 20-si tarixlərində Bakı-Balakən və Bakı-Böyükkəsik istiqamətində qatarlar fəaliyyətini davam etdirəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib

O bildirib ki, qatarlar müvəqqəti olaraq bir istiqamət üzrə fəaliyyət göstərəcək:

“Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. 19-20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik,  Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb”. 

Qeyd edək ki, qatarlar  martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq. 

Gununsesi.org