Bu ölkənin vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

  • By admin
  • 19 May 2020 11:35

Cənubi Sudanın Vitse-prezidenti Riek Maşar və xanımı Ancelina Teni koronavirusa yoluxublar.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Maşar ailəsi ilə yanaşı, ofisində çalışan işçilərdə və cangüdənlərində də Covid-19 aşkarlanıb. Maşarın aprelin 27-də verdiyi test neqativ çıxsa da, təkrar analizi pozitiv nəticə göstərib.

Hazırda vitse-prezidentlə xanımı özünütəcrid rejimindədirlər.

Gununsesi.org