Bu ölkədə teatrlar və konsert zalları açılır

  • By admin
  • 25 May 2020 20:31

İyunun 14-dən İsraildə qapalı məkanlarda teatr tamaşaları və konsertlərin keçirilməsinə icazə veriləcək.

Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.

Bütün ziyarətçilər iki metrlik sosial məsafəyə, şəxsi gigiyena qaydalarına riayət etməli və mütləq maska taxmalı olacaqlar. Binanın girişində onların hərarəti ölçüləcək.

Tamaşalara və konsertlərə bilet satışı yalnız onlayn həyata keçiriləcək.

Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, zal 75%-dən çox doldurulmamalıdır.

Bütün teatr tamaşaları və konsertlər antraktsız keçiriləcək.

 

 

Gununsesi.org