Bu ölkədə “təmiz hava” satılır

  • By admin
  • 21 Noyabr 2019 20:52
Dünya əhalisinin ən çox yaşadığı ölkələrdən biri olan Hindistan tez-tez hava çirkliliyinə məruz qalır.
Gununsesi.org xəbər verir ki, son illərdə Hindistanda hava çirkliliyi ölümcül səviyəyə çatıb. Hətda şəhərlərdə hava çirkliliyi ucbatından məktəblər tətilə çıxıb, vətəndaşlar isə evdən çıxmamaq mövzusunda xəbərdar edililib.
Havada ağciyərlərə təmas edən zərərli hissələr nisbətinin (PM2.5) hər kub metrə 533 mikroqrama qədər yüksəldiyi bildirilir. Yeni Dehlidə vəziyyətlə əlaqədar “Oxy Pure” adlı bir şirkət müştərilərinə təmiiz hava satmağa başlayıb. Kimyəvi balonlarda istehsal edilən və fərqli xüsusiyyətlərə sahib olan bu “təmiz hava”ların bədən və zehin üzərində müsbət təsiri olduğu bildirilir.  Yeni Dehli xalqı isə 299 rupi qarşılığında bu xidmətdən 15 dəqiqə boyunca faydalana bilir.
Qeyd edək ki, daha əvvəl bu tətbiq hava kirliliyinin çox olduğu ölkələrdən olan Çində tətbiq edilmişdi.
Gununsesi.org