Bu ölkədə küçəyə çıxma qadağası qeyri-müəyyən vaxta qədər uzadıldı

  • By admin
  • 09 Aprel 2020 14:32

Fransada aprelin 15-dək təyin olunan küçəyə çıxma qadağası qeyri-müəyyən vaxta qədər uzadılıb.

Gununsesi.org bildirir ki, “HaberGlobal”ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Bundan başqa, icazə ilə küçəyə çıxmalarda da yeni məhdudiyyətlər olacaq. Son günlərdə  idman bəhanəsi ilə bir çox vətəndaşın küçəyə çıxması ilə əlaqədar Makron saat 10:00 – 19:00 arası evdən kənarda idman məşqlərini yasaqlayıb.

Qeyd edək ki, dünyada koronavirusla əlaqədar ölümlərin baş verdiyi ölkələr arasında dördüncü yerdə olan Fransada, ümumilikdə, 112 950 yoluxma faktı qeydə alınıb, 10 869 nəfər bu xəstəlikdən ölüb.

Gununsesi.org