Bu ölkədə 1200-ə yaxın məhbus əfv olunacaq

  • By admin
  • 16 May 2020 20:05

Türkmənistanda müqəddəs Ramazan ayının Qədr gecəsi ərəfəsində 1192 nəfər məhbus, o cümlədən bu ölkənin ərazisində cinayət törətmiş 210 xarici vətəndaş əfv ediləcək.

Gununsesi.org xəbər verir ki, ölkə başçısı Qurbanqulu Berdıməhəmmədov bununla bağlı Fərman imzalayıb.

Fərman həmin məhbusların müəyyən edilmiş yerdə yaşamaq öhdəliyi şərti ilə cəzalarının qalan hissəsindən azad edilməsini nəzərdə tutur.

Türkmənistan Prezidenti bununla bağlı müvafiq tədbirlərin görülməsi haqda təlimat verib.

 

 

Gununsesi.org