Bu ölkədə XALQA 6 TRİLYON DOLLAR YARDIM EDİLƏCƏK

Bu ölkədə XALQA 6 TRİLYON DOLLAR YARDIM EDİLƏCƏK

ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi məbləği təqribən 6 trilyon ABŞ dolları təşkil edəcək.
Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

“Yardım paketinin ümumi həcmi altı trilyon ABŞ dollarıdır: iki trilyon ABŞ dolları- birbaşa yardım, təxminən dörd trilyon ABŞ dolları – federal ehtiyatdan verilən kreditlərdir (ABŞ Federal Ehtiyatlar Sistemi – red.).

Bu, ABŞ tarixində amerikalılara – işsizlərə, ailələrə, fərdi sahibkarlara nağd və kredit şəklində veriləcək ən böyük maliyyə yardımı paketi olacaq. Çətin bir dövr olacaq, ancaq bu həftələr olacaq. İllərlə olmamalıdır”-deyə, o bildirib.

Gununsesi.org

COMMENTS