Bu ölkə də İranla sərhəd-keçid məntəqələrini bağladı

Bu ölkə də İranla sərhəd-keçid məntəqələrini bağladı

İraq hökuməti koronavirusun yayılması səbəbindən İranla sərhəddə beş keçid məntəqəsini bağlayıb.

Gununsesiaz.info-nun məlumatına görə, bu barədə “Al-Sumaria” telekanalı SərhədKeçid Məntəqələri İdarəsinin rəhbəri Kazım əl-Əkəbiyə istinadən xəbər verib.

Əl-Əkəbiyə qeyd edib ki, sərhəd məntəqələri bazar günündən etibarən bir həftə müddətinə bağlanıb.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.

 

 

Gununsesiaz.info

COMMENTS