Bu il rekord istilər olacaq – XƏBƏRDARLIQ

  • By admin
  • 29 May 2020 11:43

Dünya Metereologiya Təşkilatı bu il şimal yarımkürəsində istiliyin rekord həddə çatması ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.org “MediaPost”a  istinadla xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Klar Nullis Cenevrədə videokonfrans şəklində keçirilən mətbuat konfransında deyib.

O, bu ilin əvvəlindən bəri aparılan tədqiqatların 2020-ci ildə şimal yarımkürəsində baş verə biləcək dəhşətli istilərdən xəbər verdiyini söyləyib.

Təşkilat rəsmisi dəhşətli istilərə qarşı tədbir görülməsi və insanların qorunması üçün ayrı-ayrı şəhərlərin hazırlıqlı olması gərəkdiyini bildirib.

K.Nullis açıq havada papaq taxmaq, bol miqdarda su içmək, əl biləklərinin soyuq su ilə ovulması, alın və çiyinlərə buz kompresinin qoyulması, elektrikli alətlərin və istilik mənbəyi olan işıqlandırmaların mümkün qədər söndürülməsi kimi tövsiyələr verib.

Gununsesi.org