Bu il Azərbaycan iqtisadiyyatına qoyulan kapitalın həcmi açıqlandı

  • By admin
  • 10 İyun 2020 16:20

Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalaraq 4 907,6 milyon manat təşkil edib.

Gununsesi.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri neft-qaz sektoruna investisiya qoyuluşları 16,7% azalaraq 2 606,4 milyon manat, o cümlədən qeyri neft-qaz sənayesinə investisiya qoyuluşları 31,7% azalaraq 366,8 milyon manat təşkil edib.

Gununsesi.org