Bu il Azərbaycanın qaz ixracından gəliri 29% artıb

Bu il Azərbaycanın qaz ixracından gəliri 29% artıb

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4,366 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

Gununsesi.org-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 821,457 mln. ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə həcm baxımından 8,07%, dəyər baxımından isə 28,8% çoxdur.

Bu ilin 4 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 13,03% olub.

 

Gununsesi.org

COMMENTS