Bu il 304 çoxmərtəbəli bina qazlaşdırılıb

  • By admin
  • 03 Noyabr 2016 13:35

azeriqaz

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları ərzində müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qazının verilməsi təmin edib.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, həmin binalarda ümumilikdə 8 772 mənzil var.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Anar

Gununsesi.info