Bu içkinin kalorisi sıfıra bərabərdir

  • By admin
  • 08 Fevral 2020 11:19

Qəhvənin normal qaydada qəbulunun böyüklərə heç bir zərəri yoxdur.

Gununsesi.org “Sputnik”ə  istinadən xəbər verir ki, bu barədə çay və kofe üzrə ekspert Yelizaveta Tixonova deyib.

O bildirib ki, bir fincan şəkərsiz, südsüz və ya digər əlavələrsiz qəhvənin kalorisi sıfıra bərabərdir.

Bundan əlavə, kofein orqanizmə enerji verir, eyni zamanda, qəhvənin təsiri çayın təsirindən güclüdür.

İlk fincan səkkiz saat müddətində, ikinci isə iki saat müddətində və daha çox təsirə malikdir. Uşaqların orqanizmlərinin formalaşdığı dövrdə qəhvə içməməsi məsləhətdir. Bu, gələcəkdə onlarda hansısa fəsad yarada bilər.

Qəhvə dənələrində orqanizmə lazım olan vitaminlər və mikroelementlər var. Lakin o, dəmlənən zaman digər faydalı elementlər məhv olur, yalnız “B” qrup vitaminlər qalır. Əgər siz qəhvə içib alma yesəniz, bu zaman “C” vitamini daha yaxşı sovrulacaq.

Gununsesi.org