Bu gündən 11 nömrə də “BakuBus”a keçdi

Bu gündən 11 nömrə də “BakuBus”a keçdi

Bu gündən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.

Gununsesi.org xəbər verir ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir. Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.

Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.

 

 

Gununsesi.org

COMMENTS