Bu gün pensiyalar veriləcək – 8 rayonda – SİYAHI

  • By admin
  • 08 Aprel 2020 11:59

Bu gün 8 rayon üzrə pensiya ödənişləri veriləcək.

Gununsesi.org xəbər verir ki, Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonlarında bu gün pensiya ödənilməsi müəyyən edilib..

COVİD – 19” pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.

Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.

Gununsesi.org