Bu gün Naxçıvana yeni rəhbər seçiləcək – Ölkənin gözü Muxtar Respublikada olacaq

  • By admin
  • 24 Fevral 2020 11:57

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hazırkı sədri Vasif Talıbov AM–in parlament seçkilərindən sonra ilk iclasının keçirilməsi haqda qərar imzalayıb.

Gununsesiaz.info xəbər verir ki, qərara görə, bu gün Naxçıvan Ali Məclisinin yeni tərkibdə ilk iclası keçiriləcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi

4. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Gununsesiaz.info