Bu gün Milli Məclisdə iclas var: 19 məsələ müzakirə edilir

  • By admin
  • 19 May 2020 11:17

Bu dəqiqələrdə Milli Məclisin növbəti plenar iclası keçirilir. 

Gununsesi.org xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

Həmçinin bir sıra qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.  İnzibati Xətalar Məcəlləsində və “Ünvanlı dövlət sosial   yardımı haqqında”  qanun layihələrinə  təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə ediləcək.

Gununsesi.org