Bu gün “Fənərbağça” “Qalatasaray”la qarşılaşacaq

  • By admin
  • 23 Fevral 2020 14:51

Bu gün Türkiyə Super Liqasının XXIII turunda “Fənərbağça” və “Qalatasaray” arasında derbi oyunu keçiriləcək.

Gununsesiaz.info-nun məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. “Qalatasaray” əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.

Hazırda “sarı-qırmızılar” 42 xalla 4-cü, “sarı-lacivərdlilər” isə 38 xalla 6-cı pillədə qərarlaşıb. “Cim-Bom” bu gün qələbə qazanacağı təqdirdə, lider “Trabzonspor” və “Sivasspor”la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, bu tur “Trabzonspor” “Beşiktaş”la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. “Sivasspor” isə “Alanyaspor”a qalib gəlib – 1:0.

 

 

Gununsesiaz.info