Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağalıb

  • By admin
  • 01 İyun 2020 19:20

Bu gün Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılmışdır.

 

Gununsesi.org