“Bu gedişlə məni ərə verəcəksiniz” – Xanım müğənni

  • By admin
  • 05 Fevral 2020 11:30

“Önəmli deyil ki, sevdiyin yanında olsun. Ağlında, ruhunda olan bir insan üçün də sevgi mahnısı oxuya bilərsən”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Show news” verilişində deyib. Sevgi ilə bağlı sualları cavablandıran müğənni həyatında heç kimin olmadığını söyləyib:

“Bu gedişlə məni ərə verəcəksiniz. Yəqin məni tək görməyə alışmamısınız. Sevgililər günü gəlir, istəyirsiz tək qalmayım. İstəyərdim, həyatımda sevgi olsun. Hər bir şəxsin sevgiyə ehtiyacı var. Mən də istəyərdim həyatımda məni sevən, olduğum kimi qəbul edən olsun. Bəlli bir yaşdan sonra sən dəyişə bilməzsən. Səni olan xasiyyətinlə, həyat tərzinlə qəbul edən olmalıdır”.

Məmmədova keçmiş həyat yoldaşının adının hələ də onunla bir hallanmasından narahat olduğunu gizlətməyib: 

“Evlilik haqda danışanda yazırlar: “Lalə Məmmədova ikinci dəfə ailə qurararm”, “Boşanmış Əməkdar artist”… Altında da mənim keçmiş ərimlə şəklim. Kimsə evlilik təklifi etmək istəyirdisə də, o fotodan sonra geri çəkilər. Bitmiş bir hadisədir, danmıram. Amma bunu etməyin. “Boşanmış” vəzifədir, fəxri addır? 7 il keçib boşanmağımdan. Bunu yazıb yaramı qanadırsınız”.

 

Gununsesi.org