Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir

  • By admin
  • 20 May 2020 11:25

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

Gununsesi.org xəbər verir ki, mayın 20-dən 21-nə keçən gecə Ramazan ayının sonuncu əhya gecəsidir.

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Quran” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

 

Gununsesi.org