Bu da Xalq artistinin aldığı yeni villa – FOTO – VİDEO

  • By admin
  • 18 Fevral 2020 08:59

Xalq artisti Brilliant Dadaşova aldığı dəbdəbəli bağ evini ilk dəfə nümayiş etdirib. 

Gununsesi.org xəbər verir ki, İctimai Televiziyada (İTV) yayımlanan Saleh Bağırovun aparıcısı olduğu “Gəl, qonaq ol!” proqramının növbəti buraxılışı sənətçinin Buzovna qəsəbəsində yerləşən villasında baş tutub.

Verilişdən olan görüntülər İTV-nin “Facebook” səhifəsində yayımlanıb.

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova ötən il dekabr ayının əvvəlində həmin qəsəbədə yerləşən köhnə bağ evini sata bilmədiyini dilə gətirərək, bu sözləri söyləyib:

“Kömək edin, Buzovnadakı bağ evimi satım. “Maklerlər” evi satışa çıxardığımı bilirlər. Amma mənim bağ evim o qədər də bahalı deyil. Yaxşı olardı ki, tezliklə satılardı, amma hələ də gözləyirəm”.

 

 

 

 

"Gəl, qonaq ol' – 16 fevral saat 11:00

"Gəl, qonaq ol" Brilliant Dadaşovanın evindədir. Flora Kərimova ilə birlikdə bu sənət söhbətlərini qaçırmaq olmaz.16 fevral saat 11:00-da gözəl bir sabah verilişinə dəvətlisiniz.

Publicerat av İctimai Televiziya və Radio Yayımları Şirkəti Lördag 15 februari 2020

Gununsesi.org